Böyük Britaniya kitabxanasında XIX əsr qəzetlərinin onlayn – arxivi açılıb

Birləşmiş Krallığın ən böyük milli kitabxanası olan Britaniya kitabxanası 1800-1900-cü illərdə London və Britaniya əyalətlərində çıxan qəzetlərin arxivini internetə yerləşdirib. 2 milyon səhifəyə yaxın olan qəzetlərdə siyasi icmallardan reklam və elanlara qədər hər şey yerləşdirilib.

Arxivə giriş pulludur. Məsələn, 6 funt 99 pensə 24 saat ərzində 100 məqaləyə çıxış imkanı var. Həftəlik “bilet” isə 9 funt 99 pensə bərabərdir. Bu zaman 200 məqaləni oxumaq olar. XIX əsr mətbuatında qızğın müzakirə edilən məsələlərə dair məlumatlar açıq girişdə qoyulub: bunlara Napoleon dövrü hadisələri, Krım müharibəsi, sipailərin üsyanı, abolisionizm haqqında məqalələr aiddir. The Graphik və Penny İllustrated Paper kimi kütləvi illüstrasiyalı qəzetlərə çıxış pulsuzdur.

Arxivdə, ümumilikdə 49 qəzetə giriş imkanı var.

www.inopressa.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO