İstanbul Şeir Akademiyası böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin vəfatının ikinci ildönümü ilə əlaqədar onun xatirəsinə həsr olunan beynəlxalq şeir müsabiqəsi elan edib. Tanınmış və həvəskar şairlərin şeirləri noyabrın 20-dən yanvarın 15-dək qurumun elektron ünvanına göndəriləcək. Dörd nəfərdən ibarət münsiflər heyəti ilk üç yerə layiq görülmüş şeirlər üçün 15 min türk lirəsi (10 min ABŞ dolları) məbləğində mükafat ayırıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl İstanbul Şeir Akademiyası görkəmli yazıçı Çingiz Aytmatovun xatirəsinə də belə müsabiqə keçirib.