«Bu təmiz senzuradır» Federal Təhlükəsizlik Xidməti «Pravda.Ru» İnternet-nəşrini, saytını bağlamağa məcbur etdi

 O, provayderdən, «qeyri-müəyyən şəxslər» tərəfindən orada yerləşdirilmiş Danimarka karikaturalarının «çıxarılması ilə bağlı tədbirlər həyata keçirməyi» xahiş edir. Burada, xüsusi xidmət orqanı, «RF Federal Təhlükəsizlik Xidməti haqqında» 3 aprel 1995-ci il tarixli federal qanuna əsaslanır.
Məktubun məzmunu ilə tanış olan kimi, «Pravda.Ru»nun direktorlar şurasının sədri Vadim Qorşenin İnternet-resursun anna səhifəsinə girişi bağlamasına qərar vermişdir, buna baxmayaraq, saytın bölmələri və materiallarına giriş, əvvəlki kimi açıqdır. Nəşr israr edir ki, o, karikaturaları başqa saytdan götürüb dərc etməmiş və dərc edilmiş məqalələrdə onlara istinad edilməmişdir. «Biz tam məsuliyyəti ilə bəyan edirik ki, «Pravda.Ru»nun səhifələrində belə materiallar olmamışdır və yoxdur. «Danimarka karikaturaları» qalmaqalı bizdə, yalnız şərh formasında açıqlanmışdır», – deyə, cümə axşamı nəşrin saytında yerləşdirilmiş rəsmi bəyanatda bildirilir.
Bununla belə, Novikova «Lenta.Ru»nun müxbiri ilə söhbətində, FTX-in narazılığına səbəb olan materialların nəşrin forumunda yerləşdirilməsi ehtimalını irəli sürmüşdür. Cümə axşamı «Pravda.Ru»nun əməkdaşları saytda qalmaqallı rəsmlərə dair hər hansı bir xatırlatma axtarırdılar. Nəşrin saytındakı bəyanatda deyilir ki, onlar FTX əməkdaşlarının izahatlarını və üzr istəmələrini gözləyirlər. «Bu izahatlara qədər resursun ana səhifəsi bağlı olacaq. Biz dərc edilən materialların oxunması ilə bağlı oxucular üçün yaranmış çətinliklərə görə üzr istəyirik», deyə, bəyanatda bildirilir. Redaksiya öz qərarını, xüsusi xidmət və qeydiyyat orqanları ilə problem istəmədikləri ilə izah edir.
Bununla belə jurnalistləri təəccübləndirən odur ki, «Pravda.Ru»nun materialları çıxarması redaksiyadan deyil, xostinq-provayderdən tələb edilmişdir. «Qeyd edək ki, bizim nəşr Rusiya qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş kütləvi informasiya vasitəsidir və beləliklə, ölkənin vətəndaş cəmiyyətinin inkişafı prosesinin bir iştirakçısıdır… Bizə aydın deyil ki, nə üçün xüsusi xidmət orqanları əməkdaşları bizə – kontent istehsalçılarına deyil, bizim materiallarımızın resursun oxucuları üçün açıq olmasına yardımçı olan texniki xidmətə müraciət etmişlər. Bəlkə bu o deməkdir ki, əgər biz ana səhifəyə girişi bağlamasaydıq, FTX, materiallarımızın fiziki olaraq yerləşdirildiyi serverin fəaliyyəti məsələsini, bizimlə əlaqə saxlamadan həll edə bilərdi?», – deyə, jurnalistlər maraqlanırlar.
Novikova hesab edir ki, FTX-in, rəsmi surətdə qeydiyyatdan keçmiş KİV saytının məzmununun redaktə edilməsinə dair tələbi hüquqa ziddir. Rusiya Jurnalistlər Birliyində də onunla razıdırlar. Rusiya Jurnalistlər Birliyinin baş katibi İqor Yakovenko deyir: «Bu, tam qanunsuz, KİV haqqında qanuna və Konstitusiyaya zidd hərəkətlərdir». Onun sözlərinə görə, Rusiya qanunvericiliyində KİV-ə, yalnız üç təsir vasitəsi nəzərdə tutulur: məhkəmənin qərarı, qeydiyyat orqanının xəbərdarlığı və korporativ birliyin rəyi (məsələn, Jurnalistlər Birliyi vasitəsilə təsir).
Yakovenko təkid edir ki, FTX-in KİV-in işinə hər hansı müdaxiləsi «tam senzuradır», bu da KİV haqqında qanunun üçüncü və Konstitusiyanın 29-cu maddəsi ilə qadağan edilir. Jurnalistlər Birliyinin baş katibi, FTX-in hərəkətlərində, jurnalistlərin fəaliyyətinə maneyə törətmək kimi cinayət tərkibinin olmasını istisna etmir və məhkəməyə müraciət etməyi məsləhət görür. Söz Azadlığını Müdafiə Fondunun hüquqşünası Svetlana Zemskova da belə etməyi təklif edir.
Vladimir Motorin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO