“Bu kitab oxuyub ağlamaq üçün deyil…”

Xocalı soyqırımından 22 il keçdi. Bu faciə haqqında çox eşitmişik, çox oxumuşuq, çox yazmışıq, hər dəfə də sarsılmışıq, nifrətimizi, qəzəbimizi boğa bilməmişik, yumruqlarımızı düyünləmişik…

22 ildən sonra daha bir kitab yazıldı: tamam fərqli formatda. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı “Böyüməyən uşaqlar”ı təqdim etdi. Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 “uşağ”ın acı xatirələrindən ibarət kitabı…
Такси с шлюхойOnlar 25 nəfərdi. İndi ən kiçiyinin 22 yaşı var. Amma o vaxt hərəsinin 4-6 yaşı olub. Onları eyni yaddaş, eyni dərd birləşdirir. O zalım, o qəddar gecə qapqara ləkə kimi qalıb ürəklərində, o amansız gerçəklər əbədi hopub yaddaşlarına…

Əslində, bir il əvvəl (təəssüf ki, çox gec – S.C.) bu “uşaq”ları axtarıblar, tapıblar, bir-birinə tanıdıblar, sonra da müxtəlif qurumlarda görüşlər keçiriblər. Başda Qarabağın ağsaqqalı, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Bayram Səfərov, dəyərli millət vəkilimiz Qənirə Paşayeva, Modern.az saytının kollektivi olmaqla bu işin fədakarlarının hər birinə hamımız minnətdar olmalıyıq. Nəhayət, Elşad müəllim bu “uşaq”ları daha geniş tanıtmaq istəyib cəmiyyətə, Azərbaycana, dünyaya. Və buna nail olub: artıq ortada Xocalı müsibətlərini, Xocalı həqiqətlərini şahidlərin dili ilə, təkzibedilməz faktlarla sübut edən daha bir kitabımız var. Bu kitabın qəhrəmanları bədii təxəyyülün məhsulu deyil, kimlərinsə prototipləri də deyil, özləridir, real obrazlardır. Xocalı soyqırımında təsadüfən sağ qalan, müsibətlərdən keçən “uşaq”ların həyat hekayətləri heç redaktə də olunmayıb, onların nöqtə, vergülünə də toxunulmayıb. Bu həqiqətlərin içində ermənilərin törətdiyi cinayətlər, onların tarix boyu öz xalqlarına utanc gətirəcək rüsvayçı əməlləri də açıq-aydın görünür. Millət vəkili Fuad Muradov haqlı olaraq “bu qanlı xatirələri tarixin ədalət məhkəməsi üçün daşdan keçən sübutlar” adlandırır.

“Böyüməyən uşaqlar” cəmi 88 səhifədi. Amma elə ağırdı ki. Onu oxumaq da çox çətindi…

“Atamı, anamı, qardaşlarımı elə istəyirəm ki…” Bu, o vaxt 4, indi 26 yaşında olan Mehdi Əliyevin etirafıdır. Ailəsinin sağ qalan yeganə üzvü, “Xocalının ən ağır dərdli sakini” Mehdinin. “İllər keçsə də, o gecəni hər an yaşayan”, “Dünyanın heç bir neməti itkimizin yerini doldura bilməz, mən bütün ailəmi itirmişəm” deyə haray çəkən Mehdinin…

Bu da Yasəmən. 25 “uşaq”dan biri. Milli Qəhrəman Tofiq Hüseynovun qızı. Onun bircə fikrini yada salacağam: “Yalnız 16 il sonra İnternetə yerləşdirilmiş bir fotoda anamı tanıdım… Övlad üçün valideyn itkisinin dərdini çəkmək çox ağırdı, amma mən anamın ölümünə sevinirdim. Bilirsiniz, nəyə görə? Erməni əsirliyinə düşmədiyi üçün.” Bu bircə cümlə təkcə Yasəmənin dərdini xatırlatmır, erməninin kimliyi haqqında da çox şey deyir…

”Xatirəmdə qalan o qədər nisgil var ki…” 25-lərdən biri, Anar Orucov belə söyləyir. Həmayıl Xəlilovanın sözü də adamın ürəyinə ox kimi batır: “Camaatın evindən bir ölü çıxarkən bizimkindən 5-i çıxdı…”

Sonra Yaşarın, Vəsilənin, Xəzangülün… ürək dağlayan hekayətləri gəlir…

“Böyüməyən uşaqlar” kitabının “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın qərargahında keçirilən təqdimatı da qətliamla bağlı ənənəvi mərasimlərə bənzəmirdi. Zal ağzınacan dolu idi: İcmanın üzvləri, millət vəkilləri, şuşalılar, xocalılar…

Bu dəfə rəyasət heyəti onların ixtiyarına verilmişdi – kitabın qəhrəmanlarının. Zalın hörmətli kürsüsündə onlar əyləşmişdilər. Amma hamısı deyildi, 8 nəfəri gəlmişdi…

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması”nın sədri Bayram Səfərov təqdim etdi onları və hər kəsin ürəyindəkiləri dilə gətirdi: “Xalqımızın başına gətirilən faciə heç vaxt unudula bilməz. Bu cinayəti törədənlər məhkəmə qarşısında dayanmalı və cavab verməlidirlər. “Böyüməyən uşaqlar” da bunu istəyir…”

O “uşaq”lardan ilk danışan Mehdi oldu, sonra Yasəmən… Eyni yaddaş, eyni xatirələr, eyni acılar… Sonra tribunaya Xocalıda 28 şəhid verən Əsli ana çıxdı. “Qoşa qardaşları, qoşa bacıları övladları ilə birgə” şəhid olan, “iki ay Qaraqayada meyit axtaran, amma tapmayan” Əsli ana üzünü “25-lər”ə tutub: “Qoy bu, sizə təsəlli olsun, kaş qardaşımın, bacımın, heç olmasa, bir yadigarı qalaydı” dedi. Bu müdrik ananın kitabın adı ilə bağlı fikri də maraqlı idi: “Alnından öpürəm bu kitabı yazanın. Amma “böyüməyən” yazmayın. Xocalıda ölən uşaqlar böyümədi, indi qarşınızda əyləşən bu “uşaq”lar isə Azərbaycan dövlətinin qayğısı ilə böyüdü, təhsil aldı, ailə qurdu. Bu günə min şükür! Qoy ermənilər bilsin ki, bu “uşaq”lar əldə silah mütləq Xocalını xilas edəcəklər…”

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Bu kitabın proloqu da, epiloqu da bu “uşaq”lardı, onların qəlbinin hıçqırtılarıdı. Heç kim bu hıçqırtılara biganə qalmamalıdı” dedi. Göz yaşlarını boğa bilməyən millət vəkili Məlahət İbrahimqızı sanki bu fikri tamamladı: “Sizə qayğı hər birimizin borcudu, əgər indiyədək diqqətsiz olmuşuqsa, bağışlayın, bundan sonra sizin yanınızdayıq…”

Millət vəkili İmamverdi İsmayılovun “25-lər”ə tövsiyəsi isə belə oldu: “Siz xoşbəxtsiniz ki, sağ qaldınız. Qoy sizin çoxlu övladınız olsun. Onlara Xocalıda itirdiyiniz ata-analarınızın, əzizlərinizin adlarını verin, onları yaşadın…”

Xocalıya qayıdacaq xocalılar böyütmək. “Böyüməyən uşaqlar” da bunu çox arzulayır. Belə olmasaydı, Yasəmən “İnanıram ki, Xocalıda da şagirdlərimlə şəkil çəkdirəcəyəm”, Anar “Xocalını bir də görəcəyəmmi? Mütləq! Buna inanıram!” deməzdi ki… Kitabdakı bu nikbinlikdən sabaha bir işıq süzülür…

“Bu kitabı ona görə hazırladıq ki, ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətləri dünyaya çatdıraq” deyən müəllif Elşad Eyvazlı bu işi əsl ziyalı, əsl vətəndaş yanğısıyla görüb. Amma iş bitməyib hələ. Bu hekayətlər müxtəlif dillərə də tərcümə olunacaq, dünyaya yayılacaq. Axı “bu kitab toparlanmaq, gələcəyə baxmaq üçün” yazılıb. Tədbirin sonunda əlində Azərbaycan bayrağı səhnəyə çıxan uşağın söylədiyi “Azərbaycan əsgəri” şeiri də bu mətləbdən xəbər verirdi…

Mən istəyirəm bu kitabın daha bir davamı olsun, Elşad müəllim. Siz bu “uşaq”ların Xocalıya qayıdışını yazasınız. Mən istəyirəm siz tezliklə hər kəsi səfərbər edib, “Goranboyda, Ağcakənd qəsəbəsində dövlətin verdiyi evdə tək-tənha yaşayıram” deyən Mehdi Əliyevin toy mərasimini təşkil edəsiniz. İnanıram ki, bacararsınız…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO