Bu ilin hər 3 günündə bir jurnalist öldürülüb

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Cenevrənin “Presse Emblemi Campagne” (PEC) adlı sivil toplum quruluşu, il başından bəri dünyada 59 jurnalistin vəzifə başında həyatını itirdiyini bildirib. Münaqişə bölgələrindəki jurnalistlərin daha yaxşı müdafiəsi üçün səy göstərən Cenevrə mərkəzi PEC –in açıqlamasında bildirilib ki, media nümayəndələri üçün ən təhlükəli ölkələrin başında, 9 jurnalistin öldürüldüyü Meksika gəlir. Açıqlamada, bu ölkəni 8 jurnalist cinayəti ilə Hondurasın izlədiyi, Pakistanda 6, Nigeriya və Filippində 4 jurnalistin həyatını itirdiyi qeyd olunub. PEC-in ümumi katibi Blez Lempen hökumətlər və beynəlxalq ictimaiyyətin bu cür cinayətlərin qarşısını almaq və cinayətkarların cəzalandırılması üçün daha qərarlı davranmalarını istəyib.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO