2009-cu ildə öldürülən jurnalistlərin sayı rekord həddə çatıb. Modern.az-ın məlumatına görə, Jurnalistlərin Müdafiə Komitəsi noyabrda Filippində 30 jurnalistin həlak olması ilə 2009-cu ildə öldürülən KİV əməkdaşlarının sayının 68 nəfərə çatdığını bəyan edib. Bu, ötən illərlə müqayisədə rekord hesab olunur.
Jurnalistlərin Müdafiə Komitəsi Meksikada mütəşəkkil cinayətkarlıqdan və narkotik maddələrin qanunsuz dövriyyəsindən yazan jurnalistlərin öldürülməsinin ən acınacaqlı hal olduğunu bildirib. Bu il Somalidə 9, Pakistanda 4, Rusiyada 3, Meksika və Şri-Lankada isə hər birində 2 jurnalist qətlə yetirilmişdir. Əfqanıstan, Kolumbiya, Salvador, İndoneziya, Madaqaskar, Nepal, Venesuela və Fələstində də jurnalistlər qətlə yetirilib.