Bu gün Vikipediya Günüdür

Bu gün açıq ensiklopediya olan Vikipediya Günüdür.

2001-ci il 15 yanvar tarixində Nupediya səhifəsi əsasında Vikipediya layihəsinin ilk variantı yaradılıb.
Onun yaradıcıları Ohayo universitetinin fəlsəfə doktoru Larri Sanqer (Larry Sanger) və amerikalı sahibkar Cimmi Uelsdir (Jimmy Wales). Onlar əvvəlcə “Nupedia” internet ensiklopediyasını yaradırlar. Bu virtual ensiklopediya öz sahəsinin mütəxəssisləri olan könüllü müəlliflər tərəfindən yazılırdı. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən də az idi və Senqerlə Uels ikinci layihəni – Vikipediyanı buraxmaq qərarına gəlirlər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun onlayn ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü doğruldaraq, Vikipediyanı dünyanın ən populyar 10 saytı sırasına daxil edib.
Viki proqramının köməyi ilə yaradılan ensiklopediya, sayta daxil olan hər bir kəsə istənilən informasiyanı dəyişmək imkanı verməklə, bu dəyişikliyi digər internet istifadəçilərində görünməsini təmin edir.
Vikipediya – “Wikimedia Foundation” qeyri-hökumət təşkilatı tərəfindən yaradılan internet ensiklopediyasıdır.
Vikipediyanın Azərbaycan dili bölməsi isə 2002-ci ildə yaradılıb. İlk məqalə isə 2004-cü ilin aprel ayında işıq üzü görüb.(gün.az)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO