Bu gün Türkiyədə “Can Azərbaycan” telekanalı fəaliyyətə başlayır

Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı telekanal yaradıblar.Telekanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək peyk (Türksat peyki) vasitəsilə yayımlanacaq. Telekanalın nümayəndəsi Camal Mehmetxanoğlu bildirib ki, Türkiyədə yaşayan 3 milyondan çox Azərbaycan türkünün və dünya azərbaycanlılarının səsi olmağa çalışacaq “Can Azərbaycan” telekanalı bu gün Bakı vaxtı ilə saat 15.00-da yayıma baslayır. “CanAz” TV əsasən milli-mədəni dəyərlərə üstünlük verəcək. Televiziya milli mədəniyyətimizin yaşaması, yayılması, tanınması və inkişaf etməsini qarşısına məqsəd qoyub. Bu il fevralın 1-dən yayıma başlayacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkün olacaq. Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı telekanal dünyada yaşayan azərbaycanlıların televiziyası olacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO