Bu gün “Lent.az ” saytının yaranmasının 4 ili tamam olur

Bu gün “Lent.az” saytının yaranmasının 4 ili tamam olur.
SalamNews-un məlumatına görə, sayt 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Bu, hazırda Azərbaycanda ana dilində ən böyük xəbər portalı sayılır. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Maraqlı layihə və rubrikaları, kəsilməz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Saytın baş direktoru Qabil Abbasoğlu, baş redaktoru Gülşən Hacıyevadır.

SalamNews İnformasiya Agentliyi “Lent.az” saytının kollektivini təbrik edir!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO