Bu gün Bəxtiyar Vahabzadənin ad günüdür

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad», «Özümüzü kəsən qılınc», «Cəzasız günah», «Dar ağacı» pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu il tarixində vəfat edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO