Bu gün Azərbaycan Mətbuat Şurasının yaranmasının 9 ili tamam olur

Bu gün Azərbaycan Mətbuat Şurasının yaranmasının 9 ili tamam olur. Mətbuat Şurası Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqandır. 2003-cü il martın 15-də ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb.

SalamNews xəbər verir ki, həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsinə, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasına çalışır.

Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyədək həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO