Bərdə rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə APA-nın Qarabağ bürosuna Bərdə rayon Polis Şöbəsindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxslər polis işçilərinə özlərini televiziya əməkdaşları kimi təqdim ediblər. İlkin araşdırma nəticəsində məlum ki, onlardan biri həqiqətən də televiziya kanallarından birinin Mingəçevir bürosunun müxbiridir və müəyyən edilən silahın sənədləri qaydasında deyil.
Telekanal əməkdaşı polisin əmrlərinə tabe olmaq istəməyib və maşına əyləşərək hadisə yerini tərk etməyə çalışıb. Polislər həmin şəxsi saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.