Bloqçuların və yeni media mütəxəssislərinin forumu olacaq

Sentyabrın 10-12-də bloqçuların və yeni media mütəxəssislərinin 1-ci forumu – “Bloqosfer 2010” təşkil olunacaq. Forumda yeni media təmsilçilərinin, dövlət qurumlarından, ictimai birliklərdən olan nümayəndələrin iştirakı nəzərdə tutulub. Yeni media sahəsindəki mövcud problemlərin və gələcək planların müzakirə ediləcəyi tədbirə 100-ə yaxın şəxsin qatılacağı gözlənilir.

Forum “İnformasiya Texnologiyaları, İnternet və Media” İctimai Birliyi ilə “Barkamp Azərbaycan”ın təşkilatçılığı, Açıq Cəmiyyət İnstitutu –Yardım Fondunun və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə reallaşdırılır.

Foruma qoşulmaq üçün müraciətlər www.bloqosfer.com internet ünvanında yerləşdirilmiş qeydiyyat formasına əsasən qəbul olunur. Tədbirdə iştirak etmək istəyənlər sentyabrın 5-dək qeydiyyatdan keçməlidirlər.

“Bloqosfer 2010” Xaçmaz rayonunda, Nabran qəsəbəsində baş tutacaq.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO