ABŞ İnformasiya Şirkəti, maliyyə xəbər agentliyi olan “Blomberq” “McGraw-Hill” şirkətlər qrupuna aid olan məşhur “BusinessWeek” jurnalını satın alıb.
“Dövrü mətbuat naşirləri gildiyası”nın yaydığı məluamata görə, “Bloomberg” ilkin olaraq nəqd şəkildə 5 milyon dollar, habelə jurnalın əməkdaşlarına ixtisar olduğu halıda 10 milyon dollardan artıq maliyyə vəsaiti ödəməyi öhdəsinə götürüb.
Məlumatda sövdələmənin ümuni dəyəri açıqlanmır. “Bloomberg” rəsmiləri hələlik jurnalda hər hansı dəyişikliyin aparılacağı barədə məlumat verməsədə, ancaq jurnala və onu internet resursuna sərmayə qoyacağını artıq bəyan edib.
Şirkətin prezidenti Den Doktoroffun açıqlamasında bildirilir ki, şirkət jurnalda qarışıqlıq yaratmaq yox, onu inkişaf etdirmək məqsədilə alıb. Jurnal şirkətin məhsul və xidmətindən yararlanan istifadəçilərə çox böyük üstünlük verəcək. Ola bilər ki, jurnalın adı dəyişdirilərək “Bloomberg BusinessWeek” də adlandırılsın.
“RIA Novosti”