Bələdiyyərimiz MKİS səlahiyətlərini idarə etməyə hazırdır?

Bələdiyyərimiz MKİS səlahiyətlərini idarə etməyə hazırdır?Ekspertlərin fikirincə, kommunal xidmətlərin idarəçiliyinin bələdiyyələrlə verilməsi dövlət budcəsinin vəsaitlərinə yüksək səviyyədə qənaət edilməsinə səbəb ola bilər[/b]
O qeyd etdi ki, MKİS strukturlarının faktiki fəaliyyəti gözə görünmür: “Onların gördükləri işlər ancaq arayış verməkdən və qanunsuz tikililərin sökülməsinə sərancam verməkdən ibarətdir. Odur ki, MKİS-lərin səlahiyyətlərinin bələdiyyələrə verilməsi müsbət addım kimi qiymətləndirilə bilər”.
V.Tofiqli onu da dedi ki, bu, bir tərəfdən bələdiyyələrin dirçəlməsinə, onların fəaliyyətlərinin genişlənməsinə, əhali tərəfindən tanınmasına, ikinci bir tərəfdən isə dövlət büdcəsinin vəsaitlərinə yüksək səviyyədə qənaət edilməsinə səbəb ola bilər. Bələdiyyələrin bu prosesə nə dərəcədə hazırlıqlı olmalarına gəldikdə isə V.Tofiqli bildirib ki, şəhərlərdə, xususən də Bakıda fəaliyyət göstərən bələdiyyələr bu prosesə tam hazırdırlar: “Bu gün bələdiyyələrin bir çoxları əhaliyə mənzil kommunal xidmətləri göstərirlər. Bura Qaraçuxur,Zabrat,Əmircan, Nərimanov və Yasamal və Xətai bələdiyyələri aid edilə bilər”.
“Paritet” qəzetinin əməkdaşı Babək Cahandarov isə çıxışında dedi ki, bələdiyyələrin fəaliyyəti bu gün olduğu kimi, hər zaman ictimayyətin və dövlətin diqqət mərkəzində olmalıdır. “Bu sistemin inkişafı ictimayyət arasında nüfüz sahibi olması dövlət strukturunun inkişafı kimi də qəbul edilmələdir. Bu gün hökümət strukturları işıqlandırma sistemi və ya yaşıllaşdırma işi ilə deyil, məhz həmin sayədə dövlət siyasəti ilə məşğul olması daha düzgün olardı. Nəinki, məmur həm yaşıllığın qırılması, həm də onun salınması ilə məşğul olur. Hər halda müşahidələr və xarici təcrübədə göstərir ki, yerli əhəmiyyətli məsələlər bələdəyyə tərəfindən həyata keçirilir. Bizim qanunvericilikdə bu məqama yer ayrılsa da, faktiki olaraq RİH-lər hələki, bu məsələdə üstünlüyü əldən vermək istəmirlər. İnanıram ki, qarşıdah gələn seçkilərdən sonra formalaşacaq böyüdülmüş bələdiyyələr məhz qanunun verdiyi səlahiyyətləri həyata keçirmək iqtidarında olacaqlar”.
Söz Azadlığını Müdafiə Fondunun layihə kordinatoru Nəzirməmməd Quliyevin fikirincə, ümid olunur ki, qarşıdakı 5 ildə yerli icra hakimiyyəti orqanlarının bəzi səlayyihətləri, kommunal xidmət sahələrinin idarə edilməsinin bələdiyyələrlə həvalə edilməsi nəzərdə tutulur.
Yerlərdə fəaliyyət göstərən bəzi tibbi xidmət obyektlərinin bələdiyyələrinin sərancamına veriləcəyi istisna deyil:”Təbii ki, bu gün icra hakimiyyətlərinin səlahiyyətində olan bir çox məsələlər və o cümlədən, kommunal təsərrüfatın idarə edilməsindən tutmuş,həmin ərazidə yerləşən təhsil,tibb ocaqlarının da ən azı bələdiyyələrdən paralel asılığı mümkündür.Həmin ərazidə bələdiyyələr o vaxt maraqlı olaca ki, regional va yaxud təmsil etdiyi ərazinin inkiçafına, əhalinin sosial problemlərinin həllində səlahiyyətləri olsun”. N. Quliyevin sözlərinə görə, bələdiyyə büdcəsinin formalaşması da öz həllini tapmalıdır. Çünki bələdiyyə büdcəsinin bugünki imkanları daxilində onun normal fəaliyyət göstərməsi mümkün deyil: “Ən azı ölkə ərazisində fəaliyyət göstərən, çalışan fiziki və hüquqi şəxslərin gəlir-mənfəət vergisinin əhəmiyyətli hissəsi bələdiyyə büdcəsinin formalaşmasına getməlidir. Belə olanda bələdiyyələrdə stimul yaranır ki, fəaliyyət göstərdikləri ərazilərdə yeni iş yerlərinin açılmasına,sahibkarlığın inkişafına maraqlı olsunlar”.
O, normal ölkələrdəki kimi bələdiyyələrin malik olduğu səlahiyyətlərin Azərbaycan bələdiyyələri üçün də zəruri olduğunu söylədi. Bu zaman bələdiyyələrdə təmsil olunmağa meylin artması dövlətin, xüsusilə də yerli özünüidarəetmənin inkişafına təkan verəcək. Əksər ölkələrdə, uzağa getməsək, elə qonşu Türkiyədə nigah məsələləri bələdiyyələrə həvalə edilib.
AVCİYA-nın secki qərargahının rəhbıri Məhərrəm Zülfüqarlı bu gün bələdiyyələrin cox az səlahiyyətə malik olduqlarını önə çəkdi: “Yerli səviyyədə bütün məsələləri icra orqanları həll edir. Bir sıra icra strukturları rəhbərlərinin bu qurumlara qısqanclıqla yanaşması və bəzi hallarda işə birbaşa müdaxiləsi, hətta öz sərancamları ilə bələdiyyələrin səlahiyyətlərinin məhdudlaşdırılması adıçəkilən qurumların iş fəaliyyətini iflic vəziyyətə salır”.
Onun sözlərinə görə, əgər biz həqiqətən sivil şəkildə çalışan və beynalxalq standartlara cavab verən yerli özünüidarəetmə sistemini fəaliyyətdə görmək istəyiriksə,ilk növbədə ona verilən səlahiyyihətlər çərçivəsinə yenidən baxmalıyıq. “İlk oncə icra strukturları ilə üst-üstə düşən məsələlər və paralel səlahiyyətlər “ aradan qaldırılmalı, seçki yolu ilə hakimiyyətə gələnlərə geniş səlahiyyət paketi təqdim edilməlidir. Məsələn,əhaliyyə kommunal xidmətlərin göstərilməsinin tamamilə bələdiyyələrə verilməsi daha doğru addım olardı. Qeyd edək ki, bələdiyyə qanunvericiliyi da buna imkan verir. Addımın atılması nəticə etibarı ilə çox uğurlu ola bilər. Ən əsası isə büdcənin bu sahənin saxlanılmasına ayrılan xərcin azalmasına gətirər”.
Tədbirə digərləri də təkliflərə çıxış etdilər. Qeyd olundu ki, infrastruktur və kommunal xidmət obyektlərinin idarə edilməsində bələdiyyələrin rolunun artırılması üçün müfaviq gurumlar yeni mexanizmlər işləməlidirlər. Bildirdi ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan bələdiyyələr geri qalmamalı, səmərəli fəaliyyəti ilə önə çıxmalı,yerli əhəmiyyətli məsələlərin həllində həm dövlətin işini yüngülləşdirməli,həm seçicilərinin inam və etibarını qazanmalı, öz nüfuzunu artırmalıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO