Bələdiyyə fəaliyyətinin planlaşdırılması və strateji planın hazırlanması

Bələdiyyə fəaliyyətinin planlaşdırılması və strateji planın hazırlanması Aran Humanitar Regional İnkişaf İctimai Birliyi Bərdə şəhərində bələdiyyə seçkilərindən sonra mövcud vəziyyətin təhlili və strateji planın hazırlanması istiqamətində bələdiyyə nümayəndələri ilə birlikdə regional Dəyirmi Masa keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd bələdiyyələrdə seçkilərdən sonrakı vəziyyəti təhlil etmək, birləşmələrdən sonra ortaya çıxan mövcud problemlər, eyni zamanda problemlərin həlli metodlarının müzakirəsi, strateji planın effektivliyi və hazırlanma mexanizmi haqqında müzakirələr aparılmış, əvvəlki təcrübələrdən istinadlar olmuşdur. Aran HRİİB-nin informasiya şöbəsinin yaydığı məlumatda bildirilıir ki, tədbirdə regionun 6 şəhər və rayon (Bərdə, Ağdam, Ağcabədi, Tər-Tər, Yevlax, Goranboy) bələdiyyəsini təmsil edən 30-a qədər nümayəndə təmsil olunmuşdur. Müzakirələr zamanı bələdiyyələr problemlərin həlli yollarından danışarkən əsasən problemin düzgün müəyyənləşdirilməməsinin və qiymətləndirmənin düzgün aparılmamasının sonradan onlar üçün əngəllər yaratdığını vurğulamışdırlar. Eyni zamanda qeyd olunmuşdur ki, strateji planın olmaması onların donorlara çıxışlarını məhdudlaşdırır, özlərinin də planlı deyil, dağınıq fəaliyyət göstərmələrinə səbəb olur. Dəymədağıldı, Alaçadırlı, Xanərəb, I Qaadəmirçi, Bərdə şəhər və s. bələdiyyələr strateji planla işləmək təcrübələrini digər bələdiyyələrlə paylaşmış və işlərinin daha effektiv qurulması və qazandıqları uğurları strateji planla işləməkləri ilə əlaqələndirmişlər. Tədbirdə bələdiyyələrə Strateji planın hazırlanması haqqında metodiki material və nümunə paylanmışdır. Dəyirmi Masa Oxfam və İCCO təşkilatının maliyyə dəstəyi ilə “Azərbaycanda yerli özünüidarəni gücləndirməklə inkişaf etdirək” layihəsi çərçivəsində təşkil olunmuşdur.
Municipality.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO