– Bu gün QHT və KİV arasında münasibətləri isti adlandırmaq olmaz. Səbəblərdən birincisi budur ki, bəzi QHT-lər müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin sifarişlərini yerinə yetirən layihələr həyata keçirirlər. Buna görə də bəzi KİV-lər dövlətçilik maraqlarına xidmət etdikləri üçün bu cür informasiyaları çatdırmırlar. Bəzən də QHT-lərin özləri əməkdaşlığa cəhd göstərmirlər. Ona görə də bu əməkdaşlıq effektli alınmır. Hesab edirəm ki, KİV-lə QHT-lər arasında münasibətləri yaxşılaşdırmaq üçün birgə layihələr həyata keçirilməlidir, hər bir QHT saytında mətbuatla bağlı reklam xarakterli yazılar, eyni zamanda mətbuatda da QHT-lərin reklamının olması ilə bağlı layihələrə bəndlər salınmalıdır. Mən istərdim ki, QHT-lərə layihə üçün ayrılan məbləğin müəyyən hissəsi KİV-lərə də ayrılaydı. Həm QHT, həm də KİV əməkdaşlığa təşəbbüs göstərməlidir və bu təşəbbüs ilk növbədə QHT-lərdən gəlməlidir, çünki QHT-lər maarifləndirici layihələr həyata keçirir və bunun da geniş ictimaiyyətə çatdırılması KİV-dən asılıdır.