Bizim sualı görkəmli jurnalist Aqşin Kazımzadə cavablandırır:

-Aqşin müəllim, məşhur idman jurnalisti kimi bu gün Azərbaycan idman jurnalistikasının səviyyəsi barədə nə deyə bilərsiniz, sizi qane edirmi?

– Xeyr, etmir. Bunun da səbəbini səviyyənin aşağı olmasında görürəm. İdman jurnalistikasında bu sahəyə aid olmayan insanlar işləyir və onlar da heç nə öyrənmək istəmirlər. Bunun qarşısını almaq üçün mən bəzi işlər planlaşdırırdım, amma fikir verəndə ki, bu, heç kimi maraqlandırmır, ruhdan düşdüm. O ki qaldı gələcəkdə idman jurnalistikasının səviyyəsinin artırılmasına, hamılıqla tədbirlər görülsə, səviyyənin artması mümkündür. İlk növbədə bu tədbirlər jurnalist olmaq istəyənlər tərəfindən görülməlidir, onlar oxumalıdırlar, öyrənməlidirlər, bu sahəni başa düşməlidirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO