Bizim sualı AzTV-nin İdman Proqramları redaksiyasının baş redaktoru Elnur Əşrəfoğlu cavablandırır:

– Elnur müəllim, məşhur idman jurnalisti Aqşin Kazımzadə bizim saytın verdiyi suala cavabında bildirib ki, Azərbaycan jurnalistikasının səviyyəsi onu qane eləmir. Bəs siz necə fikirləşirsiniz, bu gün idman jurnalistikasının səviyyəsi nə yerdədir?

– Fikrimcə, Azərbaycanda idman jurnalistikası normal səviyyədədir. Çünki əvvəlki dövr arasında indiki dövr arasında fərq çox böyükdür. Məsələn, əvvəl yalnız futbolda “Neftçi” komandası var idi, bir də nadir hallarda həndbolçu qızlar SSRİ miqyaslı yarışlarda iştirak edirdi. İdman jurnalisti üçün – mən əsas televiziyanı nəzərdə tuturam – bu iki idman növünü bilmək kifayət idi ki, həmin oyunların reportajını aparsın. Ancaq indi müstəqillik dövründə idman jurnalisti bir çox idman növünü peşəkar səviyyədə bilməlidir ki, şərh edə bilsin. Bununla bağlı hansısa müəyyən nöqsanlar ola bilər, məhz bu nöqsanların aradan qaldırılması üçün təcrübəli və yaşlı mütəxəssislər öz fikirlərini bildirməlidirlər, məsləhətlərini verməlidirlər. Ancaq onların heç biri söhbətində, müsahibələrində bu barədə fikirlər bildirilmir. Yaxşı olar ki, onlar idman jurnalistikasının səviyyəsinin hansı yollarla qaldırılması, peşəkar səviyyəyə çatdırılması üçün öz fikirlərini desinlər. Yaddan çixartmayaq ki, indi o məktəb yoxdur və gənc jurnalistlər də özləri öyrənməyə çalışırlar. Azərbaycanda kifayət qədər idman qəzetləri fəaliyyət göstərir, artıq idman kanalı da var, demək olar ki, Azərbaycan idmançıları bütün yarışlarda çıxış edirlər və hər hansı bir idman yarışından məqalə yazan, reportaj aparan jurnalist mütləq o idman növü haqqında məlumata sahib olmalıdır və buna görə də onlar öz üzərində işləyirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO