Bizim sualı “ABC Media ” Mətbuat Yayımı firmasının rəhbəri Arzu Daşdəmirov cavablandırır:

– Arzu müəllim, yay mövsümü ilə əlaqədar qəzetlərin dövriyyəsi ilə bağlı hər hansı problemlər varmı, ümumiyyətlə, qəzetlərə abunə yazılışı ilə bağlı vəziyyət necədir?

– Qəzetlərə abunə yazılışı əvvəlki illərə baxanda bir az pisləşib. Bunun da əsas səbəbi maliyyə böhranı ilə bağlıdır. Oxucular əvvəlki kimi qəzetlərə abunə yazılmırlar. Yay mövsümü ilə bağlı hər il olduğu kimi, bu il də abunənin sayı aşağı düşüb. Yəqin ki payız-qış mövsümündə bu, yüksələcək. Yay mövsümündə abunənin aşağı düşməsinin səbəbi isə oxucuların böyük qisminin şəhər kənarına istirahətə getməsi ilə bağlıdır. Qayıtdıqdan sonra isə abunələrini bərpa edirlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO