ABŞ-da nəşr olunan türkdilli xalqlar haqqında ilk jurnal olan “Birlik” jurnalının növbəti buraxılışını Azərbaycana həsr edib. Jurnalın əsas qış buraxılışı yanvarın 25-də Berkli Universitetinin Türk Tələbələr Assosiasiyasının dəstəyi ilə nəşr olunub.
Yeni 50 səhifəlik jurnalda turizm, gəzməli yerlər, iqtisadiyyat, siyasi vəziyyət, inkişaf perspektivləri haqqında məlumat verilib, həmçinin dünya şöhrətli alim, Berkli Universitetinin professoru Lütfi Zadə ilə müsahibə dərc olunub.
“Birlik” jurnalının üz qabığı Şərqi Türküstanda uyğurların insan haqları məsələsinə həsr olunub. Jurnalın qış buraxılışı “Pax Turcica” təşəbbüsü çərçivəsində dərc olunan ilk əsas nəşrdir.