Yazıçı Varisin “Bir ovuc torpaq” adlı kitabı “Vektor” Nəşrlər Evində işıq üzü görüb. Bu yazıçının oxuculara təqdim etdiyi ikinci kitabıdır. Yazıçının 2008-ci ilin noyabrında çapdan çıxan “Sonuncu ölən ümidlərdir” adlı ilk kitabı oxucu marağına səbəb olub. Nəşr “Kitab klubu”nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçının kitabı kimi birincilik qazanıb.
“Bir ovuc torpaq” adlı roman da ədibin birinci romanı kimi əsasən, real hadisələr üzərində qurulub.