“Bir könül sevindirdim” adlı tədbir

“Bir könül sevindirdim” adlı tədbirNoyabrın 18-də Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında “Qafqaz Media” İctimai Birliyinin təşkilatçılığı ilə “Bir könül sevindirdim” adlı tədbir keçirilib.
Tədbirdə Respublika Gözdən Əlil Uşaqlar üçün İnternat məktəbinin 11-ci sinif şagirdləri Nuranə Nursuzun “Körpə ömrüm səni arar” və Mansur Qadirin “Necə sevməyim” kitablarının təqdimatı olub.
Prezident təqaüdçüsü şairə Nurəngiz Gün, Hacı Əli Xankişiyev, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Taleh, şair Rauf İlyasoğlu və başqaları hər iki gəncə uğur arzulamış, onların kövrək hisslərlə yazdığı bu şeirlərdə bir ümid olduğunu bildiriblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO