Binəqədidə 20 Yanvar şəhidləri anıldı

Binəqədi rayonunda da rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanan sərəncama müvafiq olaraq 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

RİHi Aparatının ictimai-siyasi şöbəsinin müdiri Natiq Əliyevin Lent.az-a verdiyi məlumata görə, yanvarın 19-da RİH aparatında 20 Yanvar əlilləri və şəhid ailələri ilə görüş təşkil olunub. Tədbirdə çıxış edən RİH başçısı Alı Qocayev 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun əsgərləri tərəfindən Bakıda çox dəhşətli və qanlı cinayətin törədildiyi, öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplanmış əliyalın insanlara odlu silahlardan atəş açıldığını, bunun nəticəsində 131 nəfər mülki əhalinin amansızcasına qətlə yetirildiyini, çoxlu sayda insanın yaralanaraq əlil olduğunu və bu faciəyə yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra hüquqi və siyasi qiymət verildiyini bildirib.

Tədbirin sonunda 47 nəfər 20 Yanvar əlilinə və 19 şəhid ailəsinə maddi yardım göstərilib, ərzaq bağlaması verilib.

Anım mərasimi Biləcəri qəsəbəsində 20 Yanvar parkında ucaldılmış “Ana fəryadı” abidəsinin önündə davam etdirilib. Tədbirdə 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvləri tərəfindən 20 Yanvar faciəsinə aid ədəbi-bədii kompozisiya nümayiş olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO