Bişkekdə Xocalı soyqırımına həsr olunmuş tədbir

Bişkekdə Xocalı soyqırımına həsr olunmuş tədbirFevralın 24-də Bişkekdəki Qırğız-Türk Manas Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə universitetin rəhbərliyi, müəllim-tələbə heyəti, yerli ictimaiyyətin nümayəndələri, Rusiya Federasiyasının Qırğızıstandakı səfirliyinin müşaviri, qeyri-hökumət təşkilatlarının, diaspora təşkilatlarının təmsilçiləri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak edib. Universitetin foyesində Xocalı faciəsini əks etdirən fotosərgi təşkil olunub.
Tədbir zamanı türkiyəli, qırğızıstanlı və azərbaycanlı tələbələr tərəfindən faciəyə həsr olunmuş şeirlər söylənib. Tədbirin sonunda Xocalıya həsr olunmuş “Məhv olunmuş şəhər” adlı film nümayiş etdirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO