Bişkekdə Azərbaycan haqqında kitablar çap olunur

Bişkekdə Azərbaycan haqqında kitablar çap olunurBişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyətinə dair kitabların çapını davam etdirir. Bu günlərdə tarixçi alim Güntəkin Nəcəflinin “Azərbaycan XVIII-XIX əsrlərdə” kitabı Azərbaycandakı “Avromed” şirkətinin sifarişi ilə rus, “Azərbaycan şairləri” toplusu isə qırğız dilində çap olunmuşdur. İkinci kitabda tanınmış şairlərimiz Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin və digərlərinin şeirləri toplanmışdır. Tanınmış yazıçı və alim Mir Cəlal Paşaievin üçcildlik seçilmiş əsərləri də “Avromed” şirkətinin sifarişi ilə qırğız dilində yaxın müddətdə çapdan çıxacaqdır. Üçcildliyin tərtibçisi Novruz Məmmədov, baş məsləhətçi AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərovdur. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması da hazırda tərcümə mərhələsindədir və ayrıca kitab şəklində çap ediləcəkdir. Fondun sədri Nüsrət Məmmədov bildirmişdir ki, çap edilmiş kitabların bu ilin iyulunda Bakıda təqdimatının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, indiyədək fondun təşəbbüsü ilə rus, ingilis və qırğız dilində müxtəlif səpkili 20-dək kitab çap olunmuş və bu nəşrlər Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Ukrayna və digər ölkələrdə yayılmışdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO