«Bi-Bi-Ci» fələstinlilərə yardım yığımı üçün efir təqdim etməkdən boyun qaçırıb

«Bi-Bi-Ci»nin qərarı aksiyanın teleşirkətin qərəzsiz imicinə zərbə vuracağından ehtiyat etməsi ilə bağlıdır. Eyni zamanda bildirilir ki, telekanal Qəzza bölgəsində humanitar əməliyyatın işıqlandırılmasını davam etdirəcək. Praym-taymda iki dəqiqəlik ödənişsiz efirə dair Britaniya teleşirkətləri ilə xeyriyyə təşkilatları arasındakı razılaşma 1963-cü ildən qüvvədədir. Efir üçün bütün telekanalların razılığı zəruridir. Bununla belə, yanvarın 21-də keçirilmiş iclasda «Bi-Bi-Ci»nin mövqeyi üzündən razılıq əldə etmək mümkün olmamışdır.

Son zamanlar «Bi-Bi-Ci» Yaxın Şərqdəki hadisələrin işıqlandırılmasına görə dəfələrlə tənqidə məruz qalıb. Belə ki, telekanalı Fələstinin tərəfində olduğu üçün günahlandırırlar. Lakin şirkət israrla kanalın mövqeyinin qərəzsiz olduğunu bildirir.

Lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO