Beynəlxalq Mətbuat İnstitutu Obamaya müraciət edib

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) ABŞ prezidenti Barak Obamaya müraciət edərək, növbəti ay Çinə səfəri zamanı mətbuat azadlığı məsələsini qaldırmasını xahiş edib.

Bu barədə Lent.az-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan bildirilib. Belə ki, BMİ-dən BAMFa verilən məlumata görə, oktyabrın 1-də çin polisi tərəfindən evindən aparılmış jurnalist Hailaite Niyazi hələ də təcridxanada saxlanılır. Uighurbiz.net-in keçmiş meneceri və redaktoru olan H.Niyazi əvvəllər müxtəlif dövlət qəzetlərində çalışıb.

Pekində yaşayan və “uighurbiz”-in sahibi İlham Tohtinin “Associated Press”-ə bildirib ki, H.Niyazinin həbsi 2009-cu ilin iyulunda Xincan əyalətində baş vermiş qiyamın nəticələri barədə xarici mətbuata verdiyi müsahibəsi ilə əlaqədardır.

BMİ-nin bildirdiyinə görə, qiyamdan sonra Çin rəhbərliyi həmin regionda onlayn və telefon danışıqlarını məhdudlaşdırıb, internet isə senzura altındadır. Sincan əyalətində uyğur icmasına aid olan saytların 85%-nə baxmaq mümkün deyil.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO