Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib

Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilibAprel ayının 18-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında bu ayın 11-dən 17-dək YUNESKO-nun dəstəyi ilə Varşavada təşkil olunmuş Beynəlxalq mədəniyyət və poeziya festivalında Azərbaycan incəsənət ustalarının qazandıqları uğurlar barədə söhbət açılıb. 20-dən çox ölkənin, o cümlədən Amerika, Almaniya, İngiltərə, İsrail, Kanada, Sloveniyanın iştirak etdiyi festivalda ilk dəfə təmsil olunmuş Azərbaycan sənətçiləri böyük uğur qazanıblar. “Vektor” Beynəlxalq Elmi Mərkəzin prezidenti, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həmsədri, filologiya elmləri doktoru, professor, şair-publisist Elçin İsgəndərzadənin festivalın “Kəhrəba” medalına, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyevanın isə “İncəsənətə xidmət” medalına və fəxri fərmanına layiq görüldüyü bildirilib. Festivalın poeziya üzrə laureatı adını almış E.İsgəndərzadənin “Taleyimin ulduzu” (“Zvezda mayeqo losu”) kitabı “Ksiaşkova” nəşriyyatında polyak dilində nəşr olunub. Kitabı Polşanın tanınmış şairi Aleksandr Navrotski tərcümə edib. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da festivalda iştirak edib, incəsənət işçilərimizlə görüşüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO