Beynəlxalq Mətbuat Mərkəzində media ilə bağlı “dəyirmi masa ” keçiriləcək

Mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Multimedia Mərkəzindən SalamNews-a verilən məlumata görə, məqsəd ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.

Tədbirdə Masada Multimedia Mərkəzinin hazırladığı yeni medianın tədris modullarının müzakirəsi nəzərdə tutulub. Mərkəz ölkədə jurnalistika təhsili verən universitetlərdə tədrisi nəzərdə tutulan dörd yeni media fənninin tədris proqramlarının layihələrini hazırlayıb. Yeni tədris modulları təhsil müəssisələrinin, ekspertlərin və yeni media mütəxəssislərinin məsləhətləşmələri əsasında hazırlanıb.

“Dəyirmi masa”da İnternet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO