Beynəlxalq media hüququ üzrə ilk dərs vəsaiti nəşr edilib

Beynəlxalq media hüququ üzrə ilk dərs vəsaiti nəşr edilib. Bu barədə Modern.az-a Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyindən məlumat verib. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyinin (AİM) “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihəsi çərçivəsində “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabı nəşr olunub. Kitab Azərbaycan Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilib.
Kitabda beynəlxalq media hüququnun aktual problemləri araşdırılıb, Azərbaycan Respublikasının KİV qanunvericiliyinin müasir beynəlxalq hüquq normaları ilə qarşılıqlı əlaqəsimüqayisəli şəkildə tədqiq edilib, Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməklə, informasiyanın əldə olunması, ötürülməsi, diffamasiya, internet hüququ ilə bağlı normaların düzgün implementasiyası və ya tətbiqinə xüsusi yer ayrılıb. Dərs vəsaitində ifadə azadlığı üzrə beynəlxalq təşkilatların norma və tövsiyələri şərh olunub, xarici ölkələrin media hüququ ilə bağlı bəzi zəruri məqamlara toxunulub.

AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun doktorantı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin (mətbuat xidməti) məsləhətçisi, Bakı Avrasiya Universitetinin müəllimi Səyyad Məcidlinin müəllifi olduğu və Bakıda “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap olunub kitabın elmi redaktoru BDU-nun “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru R.K.Məmmədov, rəyçiləri hüquq üzrə fəlsəfə doktorları Ə.Q.Məmmədov, Ə.İ.Sadıqov və Ə.V.Allahverdiyevdir. AİM tərəfindən kitabın respublikamızın ali məktəblərində və geniş ictimaiyyət arasında yayımı təşkil edilməklə, müvafiq dövlət qurumlarına və kitabxanalara paylanması da təmin olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO