Beynəlxalq ekspertlər Azərbaycandadırlar

Azad İstehlakçılar Birliyi (AİB) Avropa Komissiyası (AK) tərəfindən dəstəklənən “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsinin davamlılığını təmin etmək üçün layihənin beynəlxalq koordinatoru Rose Vercoe və Chryssi Tzanetou Azərbaycana dəvət olunmuşdur.
Məlum olduğu kimi layihə Muğan regionunun 33 kənd bələdiyyəsinin 50 kəndini əhatə edir. Layihə bu ilin sonunda başa çatır. Lakin layihənin davamlılıq amili zəruri olduğundan AİB-in partnyor təşkilatının nümayəndələri Azərbaycana gələrək, layihənin davam etməsi üçün donor təşkilatlarla görüşlər keçirəcəkdir. Artıq 10-a qədər, Azərbaycanda fəaliyyət göstərən donor təşkilat layihəyə dəstək verməsi üçün görüşlərə hazır olduğunu bildirmişlər. Layihəyə donor köməyini Azərbaycanda fəaliyyət göstərən Counterpart İnternational (Cİ) təşkilatı göstərmişdir. Counterpart İnternational (Cİ) təşkilatı eyni zamanda su basmış kəndlərdə kiçik infrostruktur layihələrdə dəstək verməyə hazır olduğunu bildirmişdir.

Azad İstehlakçılar Birliyi
17/06/2010

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO