Beynəlxalq Avrasiya Mətbuat Fondundan qaçqın və köçkünlərə yardım

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb.
Bu barədə Modern.az-a BAMF-ın İnformasiya departamentindən məlumat verilib. Məlumata əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, gigienik ləvazimatdan ibarət yardımlar əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Tərtər və Füzuli rayonlarında paylanılıb.
Yardımlar Tərtərdə 764, Füzulidə isə (Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün salınmış 5 yaşayış məntəqəsində) 2097 qaçqın və məcburi köçkün ailəsinə paylanılıb.
Qeyd edək ki, BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilat Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq artıq üçüncü dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçirir. Paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO