Beynəlxalq Ana dili

Beynəlxalq Ana diliFevralın 23-də Azərbaycanda Beynəlxalq Ana dili günü qeyd ediləcək.
Bu barədə BMT-nin Bakı nümayəndəliyindən məlumat verilib. Həmin gün Azərbaycan Beynəlxalq məktəbində təntənəli tədbir təşkil olunacaq.
Məlumat üçün bildirək ki, YUNESKO-nun Baş konfransının 1999-cu ilin noyabrında elan etdiyi Beynəlxalq Ana dili günü dil və mədəni müxtəlifliyə kömək üçün 2000-ci ilin fevralından etibarən hər il qeyd olunur.
Doğma dillərin populyarlaşdırılması üçün görülən tədbirlər təkcə dil müxtəlifliyinə və təliminə deyil, həm də dünyada dil və mədəni ənənələrin başa düşülməsinə və qarşılıqlı anlaşmaya, dözümlülüyə və dialoqa əsaslanan həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
BMT-nin Baş Məclisi qurumun üzvü olan ölkələri və təşkilatın katibliyini bütün dünya xalqlarının dillərinin müdafiə olunmasına və qorunmasına kömək etməyə çağırır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO