BDU-nun kitabxanasının baş biblioqrafı barədə yalan xəbər yayıblar

İki gün bundan öncə Milli.Az xəbər portalı Bakı Şəhər Baş Polis İdarəsinə istinadən İranın “Doktor Abidi” firmasının Bakı şəhərindəki rəsmi nümayəndəsi Sədaqət İsmayılovun həbs edildiyini bildirmişdi. O, Cinayət Məcəlləsinin 196-cı (kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsilə axtarışda olub.

Milli. Az xəbər portalının əldə etdiyi məlumata görə, “Doktor Abidi” firması ilə yanaşı, Sədaqət İsmayılov Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının baş biblioqrafı vəzifəsində də çalışırmış. İddia edilirdi ki, o, 2006-cı ildə Valeh Hüseynov adlı şəxsdən 33 min dollar alaraq geri qaytarmayıb. S.İsmayılov pulu alarkən deyib ki, İrandan ölkəyə müxtəlif dərmanlar gətirir və bu firmanın dövriyyəsini artırmaq üçün maliyyə vəsaitinə ehtiyacı var. Bildirildiyinə görə, S.İsmayılov pulu alarkən V.Hüseynova onu firmasına işə götürəcəyinə və özünə şərik edəcəyinə də söz verib. Xəbər portalında qeyd edilirdi ki, borcu geri ala bilməyən Hüseynov hüquq-mühafizə orqanları və məhkəməyə müraciət edib. Şikayətçinin ərizəsinə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində baxılıb. V.Hüseynovun ərizəsi əsasında toplanan materialda cinayət tərkibinin olmadığı müəyyən edilib və bu işin mülki qaydada məhkəməyə verilməsi məqsədəuyğun hesab olunub. O, bundan sonra iddia ərizəsilə Xətai Rayon Məhkəməsinə müraciət edib. Burada isə qərara alınıb ki, Sədaqət İsmayılovdan Valeh Hüseynovun xeyrinə məzənnə üzrə manatla 33 min dollar və iş üzrə ödənilmiş 19 manat 30 qəpik dövlət rüsumu tutulsun. Lakin portalın məlumatından belə çıxır ki, məhkəmə qətnaməsi də icra edilməyib. Bundan sonra isə S. İsmayılov barəsində axtarış elan olunub. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində sentyabrın 3-də S.İsmayılov tutulub. Amma həmin şəxsin tutularaq həbs edilməsi barədə verilən bu məlumat sən demə heç də həqiqəti əks etdirmirmiş. Yəni Sədaqət İsmayılov heç də həbs edilməyib, azadlıqdadır. Bunu dünən redaksiyamıza təşrif buyuran İsmayılovun özü dedi. Bizimlə söhbətdə o, haqqında gedən məlumatı büsbütün təkzib etdi: “Heç bir əsas olmadan qəzetinizdə Milli.Az portalına istinadən məlumat verilib ki, guya mən həbs olunmuşam. Halbuki, bu belə deyil. Həbs olunmamışam, hazırda sizin yanınızdayam. Yazılanlar yalandır. Sentyabrın 3-də iş yerində, Bakı Dövlət Universitetində olmuşam. İş yoldaşlarım da bunu təsdiq edə bilər. 33 min dollar miqdarında borc müqaviləsinə gəldikdə, bu 2007-ci ildə olub. 2008-ci ildə isə həmin borc ödənilib. İş artıq arxivdədir. Sorğu verməklə bu barədə məlumat ala bilərsiz. Həmin borc iki şirkət arasında olub. “Doktor Abidi” şirkəti rəsmi şəkildə, dövlət səviyyəsində İrandan dərman preparatlarının gətirilməsilə məşğuldur. Proseslə bağlı əks tərəfin şikayətilə bir neçə dəfə Xətai Məhkəməsinə, 36-cı Polis Bölməsinə çağırılmışıq. Pulu hissə-hissə ödəmişik. Hətta bir dəfə 35 manat məbləğində cərimə də olunmuşuq. Buna baxmayaraq, həmin 33 min dollarlıq məbləği tamamilə bağlamışıq.

Şikayətçi məsələ ilə bağlı yanlış məlumat verən xəbər portalına qarşı müvafiq tədbirlərin görülməsində israrlıdır: “Bunun üçün məhkəməyə müraciət etmək niyyətindəyəm. Ola bilsin, belə yanlış məlumatın ötürülməsində hansısa mənbə maraqlıdır. Şirkətin işini istəməyənlər var.

Bu barədə işlədiyim Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi də çox narahat olub. Xəbəri eşitdikdən sonra məni işdə görəndə təəccübləndilər. Rəhbərliyə belə bir şeyin olmadığını çatdırmışam. O da məsələ ilə bağlı rəsmi məlumat istəyir. Ona görə də xəbər portalının təkzib verməsini istəyirəm”.

Həmsöhbətimiz Valeh Hüseynovu firmada işə götürəcəyi barədə yazılanların da doğru olmadığını qeyd etdi: “Orada qeyd edilib ki, guya işə götürməyə və onu özümə şərik etməyə söz vermişəm. Ümumiyyətlə, şərik olmaq üçün müqavilə olmalıdır. Belə bir müqavilə isə yoxdur. Bu deyilənlər isə böhtan və qərəzli fikirlərdir. Kim tərəfindən irəli sürüldüyünü də bilmirəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO