BDU-da nazirin əmri ilə “jurnalist araşdırma mərkəzi ” fəaliyyətə başladı

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “jurnalist araşdırma mərkəzi” adlı qurum yaradılıb. Bu barədə “OLAYLAR”a məlumatı BDU-nun professoru Cahangir Məmmədli verib.

Nazirliyin bu qurumun yaradılması haqqında əmr verdiyini bildirən C.Məmmədli onun bu gün formalaşma prosesi keçdiyini bildirib: “Hazırda kadrlar yığılır. Biz orda magistr və aspirantları möhkəm işlədəcəyik. Amma bütövlükdə işi görən adam lazımdır ki, bu gün rektorluq o kadrları formalaşdırır”. Mərkəzin lap yaxın günlərdə tam şəkildə fəaliyyətə başlayacağını bildirən professor əsas məqsədin ayrı-ayrı qəzetlərin informasiya siyasətini, müxtəlif tipologiyaya mənsub qəzetlərin infomasiyaya yanaşma tərzini öyrənmək, qəzetlərin informasiya konsepsiyası, informasiya siyasətilə bağlı araşdırmalar aparmaqdan ibarət olduğunu deyib: “Çalışacağıq ki, müxtəlif qəzetlərin eyni xəbərə müxtəlif yanaşmaları aradan götürülsün. Təhlillərdə, publisistik yazılarda müxtəlif yanaşma olar. Bu jurnalistin öz işidir. Amma informasiyanı özünə uyğun quraşdırıb təqdim etmək olmaz. İnformasiya dəqiq və qərəzsiz olmalıdır”. C.Məmmədli regiondakı qəzetlərin peşəkarlıq keyfiyyətlərinin araşdırılmasının, onlara məsləhətlər verilməsinin də nəzərdə tutulduğunu bildirdi. (“OLAYLAR”İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO