“Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanası kataloqu “nun birinci cildi çap olunub

"Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanası kataloqu"nun birinci cildi çap olunubAzərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu filologiya elmləri doktoru Kamandar Şərifli tərəfindən tərtib olunan “Əbdülqəni Əfəndi Nuxəvi Xalisəqarızadə kitabxanası kataloqu”nun birinci cildini nəşr etdirib.
XIX əsrdə yaşamış görkəmli alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvinin zəngin kitabxanası olub. Bu kitabların bir hissəsi hazırda Əlyazmalar institutunda saxlanılır. Kataloqun birinci cildində 418 əlyazmanın təsviri verilib. Kitabın elmi redaktoru filologiya elmləri doktoru Azadə Musayevadır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO