BBC müxbiri gürcü hərbçilərinin cinayətlərinə dair sübutlar aşkar edib

Bir neçə həftə əvvəl Cənubi Osetiyada olmuş müxbir avqustda baş vermiş hərbi münaqişə yerlərinə maneəsiz göz gəzdirmək və sakinlərlə söhbətləşməyə müvəffəq olmuş qərb KİV-in ilk jurnalistidir. Belə ki, Xyuell radioverilişində gürcü tanklarının yaşayış evlərinə, Gürcüstan hərbçilərinin isə Tsinvalini tərk etmək istəyən qaçqınlara qarşı atəş açdıqlarına dair şahidlərin ifadələri gətirir. Yeri gəlmişkən, Gürcüstan hakimiyyəti artıq BBC-in efirində getmiş verilişə münasibət bildirib. Belə ki, hərbi cinayətlərdə ölkəsinin hərbçilərinin ünvanına səslənən istənilən ittihamları qəti surətdə rədd edən prezident Mixail Saakaşvili «Əgər hərbi cinayətlər olubsa belə, bu biz deyilik», – deyə bəyan edib. Saakaşvili bir daha Gürcüstanın Cənubi Osetiyadakı hərbi münaqişənin beynəlxalq səviyyədə araşdırılmasının keçirilməsində təkid etdiyini vurğulayıb. Prezident «Biz istənilən şərhlər, istənilən araşdırmaya hazırıq», – deyə söyləyib.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO