BBC korporasiyası saxta müsabiqələrə görə 400 min funt məbləğində cərimə edilib

Araşdırma zamanı mediatənzimləyici əvvəlcədən müsabiqə qaliblərinin müəyyənləşdirildiyini yaxud onların proqram müəllifləri tərəfindən uydurulduğunu üzə çıxarıb. Bundan əlavə müəyyən olunub ki, zəng edənlərin şouya çıxmağa şansları olmayıb, çünki proqram canlı efirdə deyil, yazıda nümayiş etdirilib.

BBC korporasiyası isə öz növbəsində aşkar edilmiş pozuntulara ciddi yanaşacağını və auditoriyanın etibarını qaytaracağını bəyan edib. Bu məqsədlə artıq personal üçün xüsusi treninqlər, habelə şou yaradıcılarının davranış kodeksinə düzəlişləri özündə əks etdirən «misli görünməyən» tədbirlər planı işlənib-hazırlanıb. Eyni zamanda BBC vurğulayıb ki, nə korporasiya, nə də əməkdaşları saxta müsabiqə və viktorinalardan qazanc əldə etməyiblər.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO