BBC Azərbaycan dilində radio yayımını dayandırır

BBC Azərbaycan dilində radio yayımını dayandırırBBC Azərbaycan dilində radio yayımını dayandırır. Bu proqramlar yalnız xidmətin internet saytı ilə yayımlanacaq. Məlumat yanvarın 26-da BBC-nin saytında yerləşdirilib.

“Media forum” saytı xəbər verir ki, BBC-nin Azərbaycan xidmətinin 11 əməkdaşı var. Onlardan 8-i Londonda, 3-ü Bakıda fəaliyyət göstərir. Onlardan 8 nəfəri ixtisara düşəcək. Hələlik ixtisarın kimlərə şamil ediləcəyi bilinmir.

BBC Dünya Xidməti bu ixtisarları Britaniya hökumətinin təklifinə əsasən həyata keçirir.

Ümumilikdə 650 əməkdaş işdən azad ediləcək. Bu, BBC əməkdaşlarının təxminən 25 faizi deməkdir.

BBC-nin türk, rus, Ukrayna, Vyetnam və Çin dillərində də BBC-nin radio yayımları dayandırılacaq. Həmçinin alban, Makedoniya, serb, Afrika üçün portuqal və Karib hövzəsi üçün ingilis xidmətləri bağlanacaq.

BBC-nin ümumdünya xidmətini Böyük Britaniyanın Xarici İşlər Nazirliyi maliyyələşdirir. Britaniya hökuməti ötən il oktyabrın 20-də dövlət büdcəsinin xeyli ixtisar olunacağını bəyan etmişdi.

“Media forum”
Share

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO