Rusiyalılara yönəldilmiş kanallara, ümumilikdə iki milyarddan az pul ayrılacaq. Bundan RDTRK teleproqramlarının yayımına və «Kultura»nın əhatə dairəsinin genişləndrirlməsinə 500 milyon rubl ayrılacaq. Əhalisi 200 mindən az olan şəhərlərə yayımlanması üçün «Sport» telekanalı 270 milyon rubl alacaq. Həmin məqsədlər üçün «Pervıy»kanal və NTV-yə 972 milyon rubl ayrılması nəzərdə tutulur. Başqa növ KİV-lərə daha kiçik məbləğlər nəzərdə tutulur. Məsələn, RİA Novosti agentliyinə 100,1 milyon rubl əlavə ediləcək. Əlavəyə İTAR-TASS da ümid edə bilər, lakin onun məbləği hələ müəyyənləşdirilməmişdir. Məmurlar, yeni büdcə layihəsinə 42 faizlik məxaric artımı (843 milyon rubl) təyin etməklə özlərini də yaddan çıxarmamışlar.
Açıqlanmış rəqəmlər, dövlətin media sahəsində bir neçə əsas istiqamətinin olduğunu göstərirlər. Birincisi, Rusiya kanallarının reqional inkişafının inkişafı. Hakimiyyətin, məhz bu istiqamətə vəsait qoymaq arzusu təmamilə təbiidir.
Hakimiyyətin ikinci əsas vəzifəsi qərb auditoriyasına yönəldilmiş xüsusi layihələrinin maliyyələşdirilməsidir. Burada, sözsüz ki, Russia Today telekanalı liderdir. Lakin RİA Novosti və İTAR-TASS agentliklərinə də pul, «əhalinin operativ informasiya ilə təmin edilməsi və Rusiyanın xaricdə pozitiv obrazının formalaşdırılması üzrə layihələrin həyata keçirilməsi üçün» formulirovkası ilə ayrılır.
Əsas fəsad Russia Today üçün nəzərdə tutulmuş 90 milyon dolların necə xərclənəcəyindədir.
Əvvəllər Russia Today rəsmi olaraq elan etmişdi ki, ingilis dilli telekanalın yaradılması 30 milyon dollara başa gəlmiş və bu il də elə o qədər məbləğ xərclənəcək. Gözlənildiyi kimi, 35 milyon dollar ərəb dilli «Rusiya Alaym» («Rusiya bu gün») kanalına xərclənəcək. Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan «Lenta.Ru»ya verdiyi müsahibəsində demişdi ki, ingilis dilli telekanal 2007-ci ildə büdcəyə elə 30 milyon dollara başa gələcək. «Russia Today»in piar-menedceri Vadim Samodurov isə əmin etdi ki, «Rusiya Alaym»ın xərcləri də elə mövcud səviyyədə qalacaqdır. İki kanala cəmi 65 milyon dollar. Qanunauyğun sual meydana çıxır: Bəs qalan 25 milyon dollar necə olacaq?
Belə bədxərclik nə dərəcədə əsaslıdır? «Russia Today»də belə hesab edirlər ki, xaricə yayımsız ötüşmək olmaz və bunun onlara hələ ucuz başa gəldiyini iddia edirlər, müqayisə üçün isə BBC və CNN-nin çoxmilyardlıq büdcəsini misal çəkirlər. Lakin problem ondadır ki, Rusiyanın yeni obrazı, informasiya bərabərsizliyi üzündən Rusiya yayımçılarının arasıkəsilməz ah-naləsi fonunda yaradılır. Rusiyada vəziyyət, məhz belədir. Bu, hələlik çox kiçik olan xarici auditoriya üçün həddən artıq böyük qiymət deyilmi?
Vladimir Motorin