Bakıda şıxan qəzetlər Naxçıvanda necə yayılır?

Bakıda çıxan qəzetlər Naxçıvan Muxtar Respublikasında necə yayılır? “Media forum” saytı bu sualla bəzi nəşrlərin rəhbərlərinə müraciət edib.

“Bakı xəbər”in baş redaktoru Aydın Quliyev rəhbərlik etdiyi nəşrin Naxçıvanda hansı yayım şirkətinin xətti ilə yayıldığını dəqiq deyə bilməsə də, qəzetin muxtar respublikaya müntəzəm çatdırıldığını söyləyib: “Yayım məsələsində Naxçıvanla bağlı bir problemlə rastlaşmamışıq”.

“Azadlıq”ın direktoru Azər Əhmədov qəzetin muxtar respublikada satışına faktiki qadağa qoyulduğunu bildirib: “Üç-dörd il öncə əl yayımı şəbəkəsi ilə Naxçıvana qəzet göndərə bilirdik. İndi bu da mümkün deyil”.

“Şərq”in baş redaktoru Akif Aşırlı qəzetinin Naxçıvana getmədiyini deyib. O, muxtar respublikaya yayımı “Azərpoçt”un həyata keçirdiyini xatırladıb: “Bizə “Azərpoçt”dan sifariş verilməyib”.

“Yeni Müsavat”ın yayımına məsul olan Abbas İsmayılov bildirib ki, qəzet Naxçıvana aparılır. Ancaq o, nəşrin bölgədə satışı ilə bağlı detallara toxunmayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO