Dekabrın 2-də Türkiyə səfirliyinin mətbuat müşavirliyinin dəstəyilə Türkiyə mediasının təcrübəsini Azərbaycan mətbuat nümayəndələrilə bölüşmək məqsədilə konfrans keçiriləcək.
Konfransda Türkiyə Baş Nazirliyinin mətbuat üzrə müdiri, radio və televiziya üzrə mütəxəssislər, xəbərlərin hazırlanması üzrə mütəxəssislər iştirak edəcək. Forumda qəzet və jurnalların səhifələnməsi, televiziya və radio reportajlarının hazırlanması, dünyada və Türkiyədə reklamçılıq, Türkiyə Mətbuat Şurası, dövlət qurumları ilə media əlaqələrinin qurulması məsələləri müzakirə olunacaq.
TURAN