Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində böyük tatar şairi Musa Cəlilin ad günü münasibətilə anım günü keçirilib.
Tədbir Rusiyanın Azərbaycandakı səfirliyi ilə “Tuqan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyəti (RTMC) tərəfindən təşkil olunub.
Gecədə faşizmlə mübarizədə qəhrəmancasına həlak olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Musa Cəlilin həyatı və yaradıcılığı haqqında danışılıb.
Tədbirdə şairin şeirləri tatar, Azərbaycan və rus dillərində səsləndirilib, onun şeirlərinə yazılmış mahnılar ifa olunub.