Bakıda mərhum jurnalistə cümə axşamı veriləcək

Bakıda mərhum jurnalistə cümə axşamı veriləcəkNoyabrın 18-də Bakıda mərhum jurnalist, “Milli Yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Şahin Ağabəyli üçün cümə axşamı mərasimi veriləcək.

Mərasim Köhnə Günəşli qəsəbəsində mərhumun qardaşının evində keçiriləcək. Sabah saat 14:00-a qədər məclis qadınlar üçün açıq olacaq. Saat 15:00-dan sonra isə kişilər cümə mərasimində iştirak edə bilər.

Ünvan: Köhnə Günəşli qəsəbəsi. 220 nömrəli marşrutun axırıncı dayanacağı. Köhnə Günəşlidə “Şah Oil” benzin doldurma məntəqəsinin arxasındakı məhəllə.

Əlaqə telefonu: 050-424-04-11; 055-495-01-61.

Xatırladaq ki, Şahin Ağabəyli oktyabrın 27-də “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin idarə etdiyi maşında Bakı-Qazax yolunun 51-ci kilometrində qəzaya düşərək, dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO