Bakıda İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan II Beynəlxalq Nəsimi Elmi Konfransı

Bakıda İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan II Beynəlxalq Nəsimi Elmi Konfransı“Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində 14-16 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan II Beynəlxalq Nəsimi Elmi Konfransı keçirəcək. Konfransın gedişində Azərbaycanın tanınmış alimləri Nəsiminin həyat və yaradıcılığı barədə çıxış edəcəklər. Tədbir çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi də planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası və yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb.
Konfransın son günü – dekabr 16-da Konfransın işinin nəticələrinin müzakirəsi olacaq və “Nəsimi” filmi nümayiş etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO