Bakıda kitab sərgisi olacaq

Bakıda kitab sərgisi olacaq“Uşaq ili” ilə əlaqədar dekabrın 9-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Dünya uşaq ədəbiyyatının inciləri” mövzusunda beynəlxalq kitab sərgisi realla.acaq.
Tədbirin keçirilməsində məqsəd kitab mədəniyyətinin, dünya uşaq ədəbiyyatı nümunələrinin təbliği, ona maraq yaratmaqdır. Sərgidə kitabxanaya hədiyyə ediləcək nəşrlər nadir nüsxələr fondunda qorunacaq və geniş oxucu kütləsinin istifadəsinə veriləcək.
Kitab sərgisində səfirliklərin və ictimaiyyətin nümayəndələri, kitabxana rəhbərləri, məktəblilərin iştirak etməsi gözlənilir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO