Azərbaycanda jurnalistlər üçün tikiləcək binanın sənədləri artıq təsdiq olunub. “Trend”in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“Yəqin ki, yaxın vaxtlarda binanın tikintisinə başlanacaq” – Amaşov deyib. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrılması qeyd olunur.