Bakıda jurnalist yoxa çıxıb

İki gündür ki, gunxeber.com saytının əməkdaşı, Nida Vətəndaş Hərəkatının üzvü Anar Gəraylı yoxa çıxıb. Hadisə baş verən gün onun əynində “sing for democracy” (“Demokratiya naminə oxu”) yazılmış köynək, əlində “Nida”nın bukletləri olub. Bu barədə “Yeni Müsavat” məlumat yayıb.

Ehtimal olunur ki, bunlara görə jurnalist “28 May” metrostansiyası yaxınlığında polis tərəfindən saxlanılıb. Ailəsi də onu iki gündür axtarır.

Hadisə barədə Daxili İşlər Nazirliyinə, 102 xidmətinə məlumat verilib. Ancaq onun taleyi barədə heç bir məlumat verilmir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO