Bu gün səhər Azərbaycan mediasının iki jurnalisti – “Milli yol” qəzetinin və pia.az saytının baş redaktoru Şahin Ağabəyli və “Yeni çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərli yol qəzasına düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hadisə bu gün Bakı-Qazax yolunun 51-ci kilometrliyində qeydə alınıb. Jurnalist Şahin Ağabəyli və Aqil Ələsgərlinin olduğu “Nissan-Tida” markalı maşın yoldan çıxaraq aşıb.
Nəticədə Şahin Ağabəyli dünyasını dəyişib, Aqil Ələsgərli isə ağır yaralanıb. Ayaqları sınan yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb, hazırda o həkimlərin nəzarəti altındadır. Kliniki Tibbi Mərkəzdən jurnalistin ölüm faktını təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
Modern.az